“Bu məsələ nə Gülər Əhmədovanı düşündürür, nə də bizi”
Bizi izləyin

Qırmızı.az

“Bu məsələ nə Gülər Əhmədovanı düşündürür, nə də bizi”

“Bu məsələ nə Gülər Əhmədovanı düşündürür, nə də bizi”- Yenilənib

Baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov sabiq millət vəkili Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib.

Publika.az-ın xəbərinə görə, O qeyd edib ki, hadisəyə hüquqi qiymət verilib, hüquq öz işini görüb: "İndi sırf insani münasibətlər ifadə olunur. Bir qadın kimi, himayəsində azyaşlı uşağının olması və digər yüngülləşdirici hallar nəzərə alınmaqla belə bir qərar qəbul olunub. Belə bir qərarın qəbul olunması məhkəmənin şərtləri çərçivəsindədir. Insanprəvərlik hisslərindən çxış edilərək, belə bir qərar qəbul olunub. Ümumiyyətlə, istənilən bir insanın cəzaçəkmə müəssisəsinə göndərilməsində əsas məqsəd onun cəzaladırlıması deyil. Burada digər məqam insanın islah olunmasıdır. Istənilən vətəndaşın məhkəmə çəkişməsi aparmaq haqqı var. Vəkilərə də şamil oluna bilər, məhkəmə tətərfindən bu və ya digər hökmlərə tuş gəlmiş insanlar belə hüquqlara sahibdirlər. Haqlı olduğunu sübut edə biləcəksə, müvafiq qərar qəbul edilə bilər. Bir daha demək istərdim ki, törədilən əmələ hüquqi qiymət verilib".

Yenidən məmur postu tuta bilərmi? YAP-a qaytarıla bilərmi?

Suallarına da baş nazir müavini münasibət bildirib: “Gəlin hadisələri qabaqlamayaq. Düşünmürəm ki, bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ YAP-a üzv olmaqdan ibarətdir. Bir insanın YAP-ın üzvülüyündən xaric olunması da, yenidən partiya sıralarına üzv kimi bərpa olunması da hüquqi məsələdən daha çox əxlaq məsələsidir. Biz YAP olaraq, məsələyə bu cür qiymət verəcəyik. G. Əhmədovanın yenidən YAP-a üzv olmasını indi nə o düşünür, nə də bizi düşnürürk".

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm