• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı çox iş görülməlidir - Əli Əhmədov

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı çox iş görülməlidir - Əli Əhmədov

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov ölkədə icbari tibbi sığortanın tətbiqi üçün həyata keçirilməsi vacib olan tədbirləri açıqlayıb.


Publika.azn məlumatına görə, Ə.Əhmədov deyib ki, icbari tibbi sığortanın tətbiqi üçün çox iş görmək lazımdır. Bunun üçün hüquqi sənədlər hazırlanmalı, səhiyyə müəssisələrində yeni maliyyələşdirmə modelləri seçilməli, səhiyyə müəssisələri bu modelə uyğunlaşdırılmalı, eləcə də əhali, həkimlər buna hazırlanmalıdırlar.


Baş nazirin müavini qeyd edib ki, bu işlər hamısı ardıcıl şəkildə həyata keçiriləcək.


Ә.Әhmədov xatırladıb ki, Azərbaycanda "İcbari tibbi sığorta haqqında" qanun 1999-cu ildə qəbul olunub. Lakin müəyyən obyektiv səbəblərlə əlaqədar qanun tətbiq edilməyib: "Artıq bu məsələ üzərində iş aparılır. Ümid edirəm ki, zamanı çatanda icbari tibbi sığortanın tətbiqi mümkün olacaq. Bu, asan məsələ deyil. Çünki bu, 9,5 milyon əhalinin hər birinin mənafeyinə toxunan, düşündürən bir məsələdir. Prinsip etibarilə Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasından söhbət gedir. Buna görə də bu istiqamətdə ciddi şəkildə işlər və araşdırmalar aparılır".

Gülşanə Mustafayeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR