Qırmızı.az
“Qadının həbsə düşməsi arzuolunan deyil” – YAP-dan Gülər Əhmədova AÇIQLAMASI
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı sabiq deputat Gülər Əhmədovanın şərti azadlığa buraxılması məsələsinə münasibət bildirib.
YAP-çı deputat M.Qurbanlı Publika.az-a açıqlamasında deyib ki, Gülər Əhmədova məhkəmənin hökmü ilə şərti olaraq azadlığa buraxılıb.
Onun sözlərinə görə, məhkəmənin hökmü müzakirə olunmur: “Məhkəmə bu hökmü verərkən müxtəlif nüansları nəzərə alıb. Məhkəmə qadın və azyaşlı uşağının olmasını nəzərə alaraq Gülər Əhmədovanı şərti azadlığa buraxıb. Biz məhkəmənin çıxardığı bu qərara hörmətlə yanaşırıq. Hesab edirəm ki, qadının həbsdən azad olunmasına hər kəs dəstək verməlidir. Qadının həbsə düşməsi arzuolunan deyil. Qadınlarımız heç vaxt həbsə düşməsin. Çünki qadın həm də anadır. Bütün bunlara görə də Gülər Əhmədovanın şərti azadlığa çıxmasını kimsə başqa cür qarşılayırsa, mən onları anlamıram. Gülər Əhmədovanın şərti azadlığa buraxılması barədə kimlər nə deyirsə, bunu özləri bilərlər. Bu, məhkəmənin qərarıdır”.
M.Qurbanlı gələcəkdə G.Əhmədovanın YAP sıralarına qəbul edilib-edilməməsi məsələsini də şərh edib: “Bu məsələ Yeni Azərbaycan Partiyasının nizamnaməsi çərçivəsində həll olunur. Əgər Gülər Əhmədovanın məhkumluğu olmasa və o öz cəzasını tam başa çatdırandan sonra bu məsələyə baxıla bilər. Gülər Əhmədova ilk təşkilat kimi hara müraciət edərsə, həmin təşkilatda onun üzvlüyünə baxıla bilər. Ancaq mən indidən deyə bilmərəm ki, Gülər Əhmədova YAP-a üzv olmaq üçün müraciət edəcək və ya yox”.
Xatırladaq ki, mayın 5-də Bakı Apellyasiya məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçmiş millət vəkili Gülər Əhmədovanın apellyasiya şikayətinə baxılıb. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.
Prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.
Onu da bildirək ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Vasif Həsənli
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ