"Mc Donalds”dan "ilbiz" açıqlaması
Bizi izləyin

Qırmızı.az

"Mc Donalds”dan "ilbiz" açıqlaması

"Mc Donalds”dan ilbiz açıqlaması

“Bizim qidaların hər biri standartlara uyğun hazırlanır. Bu cür faktın olması inandırıcı deyil. Üstəlik, bu iddianı irəli sürən şəxs nə bizə, nə də hər hansı rəsmi quruma müraciət edib, bizdən rəsmi cavab almayıb, sadəcə məhkəməyə verib”. Publika.az-ın məlumatına görə, bu sözləri "Mc Donalds Azərbaycan” MMC şirkətinin idarəedici direktoru Maqsud Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

M.Mirzəyev bildirib ki, hazırda iş məhkəmədədir, nəticə gözləyirik. Lakin bu şikayətin haqlı olması inandırıcı deyil:

“Biz ilbiz çıxdığı iddia edilən salatın hazırlanma qaydası ilə bağlı videoçarx hazırlamışıq. Orada salatın süfrəyə gələnə qədər hansı proseslərdən keçməsi göz önündə baş verir. Bu salatların içərisinə yad maddənin düşmə ehtimalı nəinki 1%-dir, hətta daha da azdır. Amma nə üçün həmin şəxsin belə bir iddia qaldırmasını anlamırıq”.

Xatırladaq ki, bu il mart ayının 2-də Rolan Məmmədov adlı şəxs Bakıda Nizami küçəsində yerləşən "Mc Donalds” salatdan ilbiz çıxdığını bildirib və buna görə şirkətə qarşı iddia qaldırıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm