Sabah hava soyuyacaq
Bizi izləyin

Qırmızı.az

Sabah hava soyuyacaq

Sabah hava soyuyacaq

Sabah - günün ikinci yarısında Bakıda havanın temperaturu 5-10 dərəcə aşağı düşəcək.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, sabah günün ikinci yarısında Bakıda havanın temperaturunun 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir.

Mayın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı, arabir şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 11-16, günün birinci yarısı 25 dərəcəyədək, ikinci yarısında isə 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 7-də hava əsasən yağmursuz keçəcək, gecə və axşam saatlarında dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Gecə 12-17, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 20-25 dərəcə isti olacaq, ayrı-ayrı yerlərdə duman olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm