Qırmızı.az
Tələbələrin akademik yükü azaldılacaq
Azərbaycanda gələn tədris ilində ali təhsil müəssisələrində tələbələr üçün akademik yükün azaldılması nəzərdə tutulur. Publika.az-ın məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda ali məktəblərdə akademik saatların
sayına yenidən baxılır.
Nazir qeyd edib ki, yeni tədris ilində tətbiq olunacaq əhəmiyyətli
dəyişiklərdən biri akademik saatların bölgüsünün yenidən aparılması
ilə bağlıdır.
Nazir bildirib ki, ali təhsildə ixtisas fənləri ilə qeyri-ixtisas fənləri arasında akademik saatların bölgüsü istiqamaətində də təkmilləşmələr həyata keçirilir: " Avropanın aparıcı təhsil məktəblərini bizim ali təhsil müəssisələri ilə müqayisə etsək, görərik ki, model kimi götürülən təhil sistemi və universitetlərdə akademik saatlarının sayı bizim məktəblər ilə müqayisədə daha azdır. Amma həmin fənlərin tədrisi daha dərin həyata keçirilir. Bu da nəticə etibarı ilə mütəxəssilərin, məzunların bilik və savad keyfiyyətlərinə, nəticəyə təsir göstərir".
M.Cabbarov qeyd edib ki, təhsildə tədrisin məzmunu ana prinsip
olmalıdır: "Tədirisin formallığından tədrisin məzmunun
keyfiyyətinin artırılmasına keçidi təmin etməliyik və bu
istiqamətdə işlər həyata keçirilir".
Gülşanə Mustafayeva
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK