Orxan Zeynalovun cinayət işinin istintaqı yekunlaşdı
Bizi izləyin

Qırmızı.az

Orxan Zeynalovun cinayət işinin istintaqı yekunlaşdı

Orxan Zeynalovun cinayət işinin istintaqı yekunlaşdı

İstintaq komitəsi Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində ittiham edilən Orxan Zeynalov barəsində cinayət işinin araşdırılmasını başa çatdırıb. Müstəntiqlər Zeynalovun Yeqor Şerbakovun qətlində iştirakının sübuta yetirildiyi qənaətinə gəliblər.


ANS PRESS-in məlumatına görə, Zeynalov xuliqanlıq hərəkətləri və qəsdən adam öldürmədə ittiham edilir. Orxan Zeynalov isə tam tərsinə cinayəti törətmədiyini iddia edərək hadisə baş verən saatlarda həmin ərazidə olmadığını bildirib.


Müstəntiqlər qətlin təfərrüatlarını da müəyyən ediblər. Bəlli olub ki, ittham edilən şəxs Şerbakova azı 20 yumruq zərbəsi, daha sonra isə bir necə dəfə bıçaq xəsarətləri vurub. Zərərçəkən hadisə yerindəcə ölüb.


Orxan Zeynalov və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış olublar. Yaxın vaxtlarda sənədlər məhkəməyə təqdim ediləcək.


Qeyd edək ki, oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilmişdi. Qətl hadisəsi yerli sakinlərin etirazına səbəb olmuşdu. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara xəsarətlər yetirmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm