Müasir Azərbaycan dövlətinin qurucusu və banisi
Bizi izləyin

Qırmızı.az

Müasir Azərbaycan dövlətinin qurucusu və banisi

Müasir Azərbaycan dövlətinin qurucusu və banisi

Ulu öndərin ali hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqının həyatının, tariximizin ən parlaq səhifələri yazılmağa başladı

Məhz buna görə də ümummilli lider Heydər Əliyevin əziz xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, onun arzuları, əməlləri uğurlarımızdan boy verir.

Bu fikirlər ümummilli liderimizin anadan olmasının 91-ci və 1941-1945-ci illər müharibəsinin 69-cu ildönümü ilə bağlı mayın 6-da Sabunçu Rayon Mühafizə İdarəsində keçirilmiş tədbirdə səslənmişdir.

Ulu öndərin, 1941-1945-ci illər müharibəsində həlak olan həmvətənlərimizin, torpaqlarımız uğurunda şəhid olan oğul və qızlarımızın, xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbiri İdarənin rəisi, polis polkovniki Əşrəf Allahyarov açıq élan edərək bildirmişdir ki, sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, min cür maneələrdən, çətinliklərdən keçərək SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, xalqımızın qurtuluş mübarizəsinin qalibi kimi yaddaşlara həkk olunub. Ulu öndərin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq, müharibədə dönüş yaratmaq üçün təxirəsalınmaz addımlar atması ilə dövlətimiz davamlı inkişaf yoluna qədəm qoydu, bugünkü dinamik inkişaf üçün zəmin yaratdı.

Rəis, polis polkovniki Əşrəf Allahyarov 1941-1945-ci illər müharibəsində qələbənin əldə olunmasında fədakarlıqlar göstərən, Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən azərbaycanlılardan söhbət açdı, müharibədə dönüş yaradan Bakı neftinin əhəmiyyətini diqqətə çatdırdı.

Sabunçu rayonundakı 12 nömrəli Bakı Peşə Liseyinin müəllimi Asif Bayramov dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoyduğundan, Azərbaycan elminə, tarixinə, xüsusən də ana dilmizə olan diqqətdən söz açmış, bütün bunların elmin, təhsilin ictimaiyyətdə mövqeyinin artmasına imkan yaratdığını, insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdığını, 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzasının ləğv olunduğunu qeyd etmişdir.
Bölük komandiri, polis mayoru Sahib Cəfərli ulu öndərin ideallarının bundan sonra da yaşayacağını və gənc nəslin yaddaşında onun şəxsiyyət bütövlüyünün əbədi qalacağını bildirmişdir.
Tədbirdə ulu öndərə həsr olunmuş film nümayiş olunmuşdur.


Hafiz Təmirov,
Polis kapitanı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm