Gəncədə Ümummilli Liderin 91-illiyinə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bizi izləyin

Qırmızı.az

Gəncədə Ümummilli Liderin 91-illiyinə həsr edilən ağacəkmə aksiyası keçirilib

Gəncədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən ağacəkmə aksiyasına yekun vurulub

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aksiya çərçivəsində Ümummilli Liderin adını daşıyan park- kompleksdə

91 mininci ağacı əkib.

Ağacəkmə aksiyası şəhərin üç istiqamətində həyata keçirilib. Kampaniya çərçivəsində şəhərin Göygöl, Şəmkir yolu, Yevlax istiqamətlərində girişlərində 91 min şam və çinar ağacları əkilib. Həmin ərazilərə yeni, yerli iqlim şəraitinə uyğun tinglər də basdırılıb və əkilən ağaclar suvarılıb. Aksiyada Gəncə şəhərində fəaliyyət göstərən universitetlər, idarə, müəssisə, ictimai birliklər və gənclər təşkilatları yaxından iştirak ediblər.

Ərazilər alaq otlarından təmizlənib və əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, ağacların avtomatik damcı üsulu ilə suvarılması üçün xüsusi qurğular qurlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm