"Heydər Əliyev onların himayədarına çevrildi"
Bizi izləyin

Qırmızı.az

"Heydər Əliyev onların himayədarına çevrildi"

Dövlət Gömrük Komitəsində ümumilli lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbir keçirildi.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Aydın Əliyev bildirdi ki, Azərbaycanda gömrük xidmətinin təşkilində Heydər Əliyevin rolu danılmazdır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, əməkdar elm xadimi İsa Həbibbəyli Heydər Əliyevin dövlətçilik baxışlarının, strategiyasının milli dövlətçilik məktəbimizin əsas fəlsəfəsi olduğunu bildirdi: “Azərbaycançılıq onun siyasətinin ana xəttini təşkil edib. Bu xətt dövlət ideologiyası olaraq onun həyat fəlsəfəsini özündə birləşdirib. Hələ sovet rejimində onun milli kadrları irəli çəkməsi bu gün müstəqil Azərbaycanın suverenliyinə böyük töhfələr verdi".

İsa Həbibbəyli bildirdi ki, Heydər Əliyevin hakimiyyti dövründə Azərbaycan tarixinin görkəmli nümayəndəsi Ziya Bünyadova dövlət mükafatı verildi: "O zaman Bəxtiyar Vahabzdəyə “Gülüstan” poemasına görə, Mirzə İbrahimova Azərbaycan dilinin təbliğinə görə təzyiqlər edilirdi. Heydər Əliyev onların himayədarına çevrildi. Heydər Əliyevin etdikləri əslində Azərbaycanın bu günkü müstəqilliyi üçün idi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm