Rafiq Hüseynov müalicə üçün Türkiyəyə qayıtmaqdan imtina etdi
Bizi izləyin

Qırmızı.az

Rafiq Hüseynov müalicə üçün Türkiyəyə qayıtmaqdan imtina etdi

“Rafiq müəllim əməliyyatdan sonra müayinə və müalicənin Türkiyədə davam etdirilməsinə tərəddüd edirdi”

“Rafiq müəllim əməliyyatdan sonra müayinə və müalicənin Türkiyədə davam etdirilməsinə tərəddüd edirdi”.

Bunu Modern.az-a açıqlamasında tanınmış diktor, xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynli deyib.

Onun sözlərinə görə, artıq müalicə və müayinə üçün Rafiq Hüseynov Türkiyəyə getməyəcək:

“Düzü, bir neçə gün idi Rafiq müəllimin fikirləri qarışıq idi. Türkiyə uzaq olduğundan növbəti müalicə üçün ora getməyə tərəddüd edirdi. Ona görə də Türkiyəyə getməyi planlaşdırmırdı. Biz Türkiyədəki nümayəndə heyəti, həkimlə danışırdıq. Lakin son anda Rafiq müəllim Bakıda müalicə olunmasını istədi. Bu gün Əhliman Əmiraslanovla görüşdük. Sabahdan kimya-terapiya Əhliman müəllimin klinikasında aparılacaq. Bildiyiniz kimi, Rafiq müəllimin Türkiyədə əməliyyat xərcini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü. Çox güman ki, müalicə və müayinənin Azərbaycanda da davam etdirilməsi təmənnasız olacaq”.

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov bir müddət əvvəl ağ ciyər xərçəngindən Türkiyədə əməliyyat olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm