“Arvadımın yad bir kişi ilə rəqs elədiyini gördüm” - 18+
Bizi izləyin

Qırmızı.az

“Arvadımın yad bir kişi ilə rəqs elədiyini gördüm” - 18+

“Arvadımın yad kişi ilə rəqs elədiyini gördüm” - 18+

Ağdam rayonunun Şıxbabalı kənd sakini, 1988-ci il təvəllüdlü Elnur Səmədov bibisi Tofiqə Məmmədovanı öldürməyə cəhd edib. Publika.az-ın araşdırmasına görə, hadisə 2013-cü il iyulun 16-da Ağcabədi rayonunda baş verib.

2013-cü il iyul ayının əvvəllərində işdə olarkən qayınanası, həm də doğma bibisi Tofiqə Məmmədova Elnur Səmədovun Ağcabədi şəhəri, M.Rəsulzadə küçəsində kirayə yaşadığı evə gəlib. Tofiqə Məmmədova onun arvadı Türanə Səmədovanı öz yaşadığı Ağcabədi rayonu Boyat kəndinə aparıb. Elnur Səmədovun iştirakı olmadan iyulun 16-da oğlu Məhəmməd Səmədova Boyat kəndində yerləşən "Zərifə" şadlıq sarayında ad günü məclisi keçiriblər. Bu məclisdən Elnur Səmədov xəbər tutub.

Buna görə də Elnur qayınanası Tofiqə Məmmədovadan qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə iyulun 16-da saat 22.00-da yaşadığı evdən mətbəx bıçağını götürərək məclisin keçirildiyi şadlıq sarayına gəlib. O, arxa qapıdan zala daxil olaraq arvadı Türanə Səmədovanın rəqs etdiyini görüb və onun üzünə bir dəfə sillə vurub.

Ad günü məclisində qan töküldü

Türanə Səmədovanın qardaşı Əli Məmmədov Elnur Səmədovu dəhlizə çıxarıb. Elnur Səmədova dəhlizdə qayınanası yaxınlaşıb. O, həmin vaxt qayınanasını öldürmək planını həyata keçirmək üçün bıçağa əl atıb. Gizlətdiyi bıçağı çıxaran Elnur Səmədov qayınanasına 5 zərbə vurub. Tofiqə Məmmədovanın oğlu Əli, qızı Türanə və digər şəxslərin araya girməsi nəticəsində Elnur Səmədovun daha çox zərbə vurmasının qarşısını alıblar. Hadisə şahidlərinin köməkliyi ilə Tofiqə Məmmədova Ağcabədi rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün Tofiqə Məmmədovanın həyatını xilas etmək mümkün olub. Elnur Səmədov isə həbs edilib.

Elnur Səmədov bu əməli ilə Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılıb.

"Qayınanam ailə işlərimizə qarışıb"

Elnur Səmədov özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağdam rayonu, Şıxbaba kəndindən məcburi köçkün düşüb və 1993-cü ildən Ağcabədi rayonu, Boyat kəndində məskunlaşıb:

"2010-cu ildə bibim qızı Türanə Məmmədova ilə ailə qurmuşam. Əvvəllər Bakı şəhərində, son iki ayda isə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində kirayə tutduğum evdə yaşamışam. Türanə ilə birgə nikahımızdan bir yaşlı oğlum Məhəmməd anadan olub. Bibim, həm də qayınanam olan Tofiqə Məmədova ailə işlərimizə qarışıb. O, tez-tez arvadımı icazəm və xəbərim olmadan öz evinə aparıb".

"Polisə qayınanamdan şikayət etdim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən on-on beş gün əvvəl işdən qayıdanda arvadı Türanə və oğlu Məhəmmədin evdə olmadıqlarını görüb: "Bu məsələ ilə əlaqədar olaraq qayınanam Tofiqə Məmmədovaya zəng etdim. Lakin qayınanam telefona

cavab vermədi. Bu müddətdə arvadım və uşağımın dalınca getmədim. İyulun 12-də Ağcabədi rayon polis şöbəsinə gedərək polis əməkdaşı və həmkədlim Rauf Məmmədova qayınanamdan şikayət etdim. Ertəsi gün Türanə və qayınanamla polis şöbəsində görüşdük. Tofiqə Məmmədova qızı Türanəni müalicə etdirmək üçün evinə aparmasını dedi. Türanə mənimlə birlikdə evə qayıtmaqdan imitina etdi".

"Qayınanamı öldürmək qərarına gəldim"

Elnur Səmədov deyib ki, iyulun 16-da saat 21:30-da uşağın ad gününü təbrik etmək üçün qayınanasına zəng etsə də, Tofiqə telefona cavab verməyib:

"Atamın əmisi oğlu Cəmil Səmədovun mobil telefon nömrəsinə zəng etdim. Cəmil qayınanam Tofiqənin oğlum Məhəmmədə "Zərifə" şadlıq sarayında ad günü məclisi təşkil etdiyini dedi. Qayınanamın xəbərim və iştirakım olmadan oğluma ad günü keçirməsindən hiddətləndim. Buna görə də qayınanamı öldürmək qərarına gəldim. Bu məqsədlə kirayə qaldığım evə gedərək mətbəx bıçağını götürdüm və Boyat kəndində yerləşən "Zərifə" şadlıq sarayına gəldim. Şadlıq sarayına girişdən birbaşa zala daxil oldum. Arvadımı tanımadığım kişi ilə rəqs etdiyini gördüm. Ona yaxınlaşaraq üzünə sillə ilə vurdum. Bundan sonra qaynım Əli qolumdan tutaraq məni bayıra çıxartdı. Bu vaxt qayınanam Tofiqə üstümə qaçaraq mənə əl atanda bıçaqla onu vurdum. Orda olan qonaqların hamısı çölə çıxdı və kimsə bıçağı əlimdən almadı".

"Elnur evə pul gətirməyib və uşağına baxmayıb"

Zərərçəkmiş şəxs qismində dindirilmiş Tofiqə Məmmədovanın sözlərinə görə, qardaşı oğlu Elnur Səmədov 2010-cu ildə onun qızı Türanə ilə evlənib:

"Onların bir oğlu olub. Elnur və Türanə evlənəndən sonra Bakı şəhərində kirayə yaşayıblar. Bu müddətdə qızımdan eşitdiyimə görə, Elnur evə pul gətirməyib və uşağına baxmayıb. Dəfələrlə qızımı müalicə etdirmək məqsədilə kəndə gətirmişəm. Onlara daimi maddi yardım göstərmişəm. Buna baxmayaraq, Elnur mənə qarşı pis münasibət bəsləyib. Türanə və Elnur son iki ayda Ağcabədi şəhərində kirayə etdikləri mənzildə yaşayıblar. Elnur dönərxanada dönərçi işləyib. Türanə mənimlə telefonla danışarkən Məhəmmədin xəstələnməsinə baxmayaraq, Elnurun onu həkimə aparmamasından gileyləndi".

"Kürkənim məni narkotik satmaqda günahlandırmışdı"

Tofiqə Məmmədovanın ifadəsinə görə, 2013-cü il iyul ayının əvvəllərində qızı Türanənin yaşadığı evə gedib:

"Həmin vaxt Elnur Səmədov işdə olub. Elnura bildirmədən Türanəni nəvəm ilə birlikdə Ağcabədi rayonu Boyat kəndinə, öz evimə gətirdim. Elnur Səmədov məndən polisə şikayət edib. İyulun 12-də məni və qızım Türanəni Ağcabədi rayon polis şöbəsinə çağırdılar. Həmin vaxt Elnur Səmədov da polis şöbəsində olub. Elnur məni onun ailəsini dağıtmaqda və narkotik satmaqda günahlandırmışdı. Orada Türanə Elnurla getmək istəmədiyini bildirdi. Buna görə də kəndə qayıtdıq".

Zərərçəkmiş ifadəsində qeyd edib ki, iyulun 16-da nəvəsi Məhəmmədin ad günü münasibəti ilə Boyat kəndindəki "Zərifə" şadlıq sarayında məclis təşkil edib: "Məclisə 30 nəfərə yaxın qonaq dəvət etmişdim. Lakin Elnur Səmədov məclisə dəvət olunmayıb. Bu barədə ona məlumat verməmişəm. Həmin gün saat 19.00-da məclis başlandı. Məclis dağılana yaxın Türanə rəqs edərkən Elnur qəflətən zala daxil oldu. O, Türanənin üzünə sillə vurdu. Oğlum Əli Elnurun qolundan tutaraq çölə çıxardanda özüm də digər qonaqlarla birlikdə bayıra çıxdım. Bu vaxt Elnur qəflətən çıxardığı bıçaqla mənə hücum çəkdi. O, mənə bıçaqla zərbələr vurdu. Aldığı xəsarətlərdən dəhlizdəki stulların birində oturdum. Daha sonra Pənah adlı tanışımın avtomaşını ilə xəstəxanaya aparıldım".

Məhkəmə şahid ifadələrini dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Elnur Səmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm