TQDK sədri İsmayıllıda qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

TQDK sədri İsmayıllıda qəbul keçirəcək

TQDK sədri İsmayıllıda qəbul keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 16-da İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək. Saat 11-də başlanacaq qəbulda İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (eservices.tqdk.gov.az/SedrinQebulu) vəya TQDK-nın Göyçay regional bölməsinə müraciət etmələri (əlaqə tel (020) 2746674) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qobustan, İsmayıllı, Şamaxı və İsmayıllı rayon təhsil şöbələrinin rəhbərliyinə müraciətə edə bilərlər.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm