ŞUŞAYA AZADLIQ - 22 dildə - VİDEO
Bizi izləyin

Qırmızı.az

ŞUŞAYA AZADLIQ - 22 dildə - VİDEO

ŞUŞAYA AZADLIQ - 22 dildə - VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanmiş “Şuşaya Azadlıq - 22 dildə” videoçarxının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, filmdə Şuşanın işğaldan əvvəlki abad və işğaldan sonrakı dağıdılmış vəziyyəti canlandırılıb. Videoçarxda 22 müxtəlif ölkənin vətəndaşı ana dillərində “Şuşaya azadlıq!” şüarını səsləndirib. Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov Şuşanın Azərbaycan və dünya mədəniyyətinə böyük töhfələr vermiş şəhər olduğunu qeyd edərək, ön cəbhədə atəşkəsin olmasına baxmayaraq, informasiya müharibəsinin dövlətimiz tərəfindən bir an belə dayandırılmadığını bildirib. Ötən il Şuranın dəstəyi ilə Londonda və Rumıniyada kampaniya çərçivəsində keçirilən aksiyalar haqqında məlumat verən S. Nəcəfov ictimaiyyətə təqdim olunan videoçarxın dünyanın müxtəlif ölkələrində nümayişinin keçiriləcəyini deyib. Eyni zamanda 5 dildə “Şuşaya Azadlıq!” internet resursunun yaradılmasının və müxtəlif açıqcaların nəşrinin planlaşdırıldığını da qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm