Əfv olacaq
Bizi izləyin

Qırmızı.az

Əfv olacaq

Əfv olacaq

Azərbaycanda yaxın vaxtlarda prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. “Qafqazinfo”ya daxil olan məlumata görə, növbəti əfv 28 Maya Respublika Gününə təsadüf edilə bilər.

Artıq bu istiqamətdə müəyyən hazırlıqlar başlayıb. Məlumatlara görə, mayın 10-dan sonra prezident yanında əfv komissiyası iclaslarına başlayacaq. Bu dəfəki əfv fərmanı digərlərindən daha çox önəm kəsb edəcək. Belə ki, əfv olunacaq şəxslərin arasında bir çox tanınmış simaların olacağı gözlənilir. Hansı ki, həmin şəxslərin adları beynəlxalq təşkilatların hesabatlarına salınıb və onların həbsi pislənilir.

Onu da xatırladaq ki, AŞPA-nın gələn ayın sonlarında başlayacaq yay sessiyasında Azərbaycan prezidenti İlham Əliyev çıxış edəcək. Həmin vaxta qədər ölkədə qeyd etdiyimiz kimi adları beynəlxalq təşkilatların siyahısına düşən əksər məhbuslar əfv edilərək həbsdən buraxılacaqlar.

Qeyd edək ki, Azərbaycanda sonuncu əfv sərəncamı 2013-cü ilin oktyabrın 14-də imzalanıb. Həmin sərəncamla Fərhad və Rafiq Əliyev qardaşları azadlığa çıxmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm