84 yaşlı kişi bıçaqlandı (FOTO)
Bizi izləyin

Qırmızı.az

84 yaşlı kişi bıçaqlandı (FOTO)

84 yaşlı kişi bıçaqlandı (FOTO)

Tərtərdə 84 yaşlı kişi bıçaqlanıb.


ANS PRESS-in məlumatına görə, hadisə rayonun Elman Hüseynov küçəsindəki çayxanalardan birində baş verib.


Tərtər rayon sakini Teymur Əsgərov çayxanada oturan zaman qonşusu Nəcəf Məmmədov ona yaxınlaşıb. Aralarında mübahisə baş verib. Daha sonra mübahisə davaya çevrilib. Nəcəf üzərindəki bışaqla 84 yaşlı qonşusunun qarnına 2 zərbə vurub. Yaralı yaxınlarının köməyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.Yaralı dərhal əməliyyat olunaraq dalağı götürülüb.


Xəstəxanadan aldığımız məlumata görə, hazırda xəstənin vəziyyəti ağırdır. Cinayəti törətməkdə təqsirli bilinən Nəcəf Məmmədov isə artıq polis tərəfindən saxlanılıb.


Tərtər rayon PŞ-dən onu da bildirdilər ki, Nəcəf Məmmədov hadisəni törədərkən sərxoş olub. Hazırda polis hadisənin baş vermə səbəbini araşdırır.




Oxumağa davam et
Reklam
Reklam

Gündəm