Gün ərzində 60 cinayət faktı qeydə alınıb
Bizi izləyin

Qırmızı.az

Gün ərzində 60 cinayət faktı qeydə alınıb

Mayın 5-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 60 cinayət faktından 32-nin üstü “isti izlər”lə açılıb.

Mayın 5-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 60 cinayət faktından 32-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 6 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölmüş, 13 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 26 nəfər tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm