Bərdədə ağır yol qəzası baş verib, yaralılar var
Bizi izləyin

Qırmızı.az

Bərdədə ağır yol qəzası baş verib, yaralılar var

Bərdə rayonunda saat 22 radələrində yol qəzası baş verib.

Bərdə rayonunda saat 22 radələrində yol qəzası baş verib.

Rayonun Heydər Əliyev prospektində sürətlə hərəkət edən VAZ 2107 markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Zərbənin təsirindən dirək aşaraq avtomobilin üzərinə düşüb. Qəza nəticəsində rayon sakini 26 yaşlı Elmir Hüseynov xəsarət alıb. Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəyə tibbi yardım göstərilib.

İlkin ehtimala görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm