“Çoban Xanış”ın oğlu həyat yoldaşını öldürdü - ÖZƏL (YENİLƏNDİ)
Bizi izləyin

Qırmızı.az

“Çoban Xanış”ın oğlu həyat yoldaşını öldürdü - ÖZƏL (YENİLƏNDİ)

Bu gün axşam saatlarında Lerikdə ağır cinayət hadisəsi baş verib.

Bu gün axşam saatlarında Lerikdə ağır cinayət hadisəsi baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, “Çoban Xanış” kimi tanınan mərhum Xanış Şahıyevin oğlu Nazim Şahıyev ailə münaqişəsi zəminində həyat yoldaşı Əliyeva Səkinə Şaban qızını qətlə yetirib.

Mərhumun yaxınları publika.az-a deyiblər ki, o,bir neçə dəfə ərizə ilə Lerik rayon İH-nə müraciət edib ki, həyat yoldaşı tərəfindən təhdid edilir və onu qətlə yetirə bilər. Amm bu müraciətə heç bir reaksiya verilməyib.

Qeyd ediblər ki, ailədə tez-tez baş verən dava-dalaş zamanı həyat yoldaşı onu öldürəcəyini deyirmiş. Mərhum dəfələrlə bu barədə rayon hüquq-mühafizə orqanlarına da müraciət edib, lakin heç bir tədbir görülməyib.

Qeyd edək ki, Nazim Şahıyevin qətlə yetirdiyi həyat yoldaşı iki uşaq anasıdır və 1975-ci ildə anadan olub.

Lerik rayon xəstəxanasında xadimə işləyib.

Oral Mədənçi

2014-05-06 23:03:20

Oxumağa davam et
Reklam
Reklam

Gündəm