Gəncə-Şəmkir yolunda piyada vuruldu
Bizi izləyin

Qırmızı.az

Gəncə-Şəmkir yolunda piyada vuruldu

Ötən gecə 21:30 radələrində Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Ötən gecə 21:30 radələrində Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

57 yaşlı Nazim İsmayılov Gəncə-Şəmkir yolunun başlanğıcında yolu keçmək istəyərkən 28 yaşlı sürücü Orxan Nadirovun idarə etdiyi “İsuzu” markalı avtomobilin qarşısına çıxıb və xəsarət alıb.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm