Qatar tuneldə qaldı
Bizi izləyin

Qırmızı.az

Qatar tuneldə qaldı

Qatar tuneldə qaldı

Bu səhər saatlarında metroda qatarların hərəkətindən gecikmə olub. “Həzi Aslanov”- “İçərişəhər” istiqamətində hərəkət edən qatar təxminən 9-10 dəqiqə tuneldə qalıb.

Bakı Metropoliteninin mətbuat xidmətindən publika.az-a verilən məlumatda bildirilir ki, gecikməyə səbəb qatardakı nasazlıq olub:

“Bu gün səhər 08:40-da Nərimanov ikinci yolda, 31 saylı marşrut üzrə hərəkət edən edən qatarda əsas idarəetmə sistemində nasazlıq yaranıb. Qatara baxış üçün sərnişinlər qatardan boşaldılıb və qatar depoya gedib. Hərəkətdə 7 dəqiqə fasilə yaranıb, 08:47-də artıq bütün qatarların hərəkəti bərpa edilib. Sonrakı qatarların hərəkətində gecikmənin olmasına səbəb də arada yaranmış fasilədir. Tuneldə qalan olmayıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm