Moskvaya qaçan general Bakıya qayıdıb
Bizi izləyin

Qırmızı.az

Moskvaya qaçan general Bakıya qayıdıb

Moskvaya qaçan general Bakıya qayıdıb

Azərbaycanın yüksək rütbəli hərbçilərindən biri - bir generalın Moskvaya getməsi haqda xəbər vermişdik. Bu məlumatı hərbi ekspert Üzeyir Cəfərov yaymışdı.

Məlumatda həmin generalın - Bağır Fətullayevin Moskvaya getməsinin rəsmi və ya işgüzar səfərlə əlaqəli olmadığı, bunun səbəbinin Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovla onun arasında yaranan mübahisə olduğu vurğulanırdı.

Virtualaz.org xəbər verir ki, Bağır Fətullayev artıq Bakıya qayıdıb. Bu məlumatı da hərbi ekspert Üzeyir Cəfərov verib.

Onun sözlərinə görə, Bağır Fətullayev dünən Bakıya qayıdıb: "Mayın 6-da səhər saatlarında Moskvadakı tələbə yoldaşlarım mənə məlumat verdilər ki, Azərbaycan ordusunun generalı Bağır Fətullayevin ardınca Moskvaya Azərbaycan Müdafiə Nazirliyi rəhbərliyinin xüsusi xahişi və onun məsuliyyətə cəlb edilməyəcəyi ilə bağlı zəmanətlə birgə elçi göndərilib. Bakıya qayıtmaqdan vaz keçən ərköyün generalı nəhayət ki, mayın 5-də Azərbaycana qaytarmağa müvəffəq oldular".

Çox maraqlıdır ki, Müdafiə Nazirliyi Bağır Fətullayevlə bağlı yayılan məlumatları təkzib etmişdi. Nazirlik bildirmişdi ki, adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb.

Belədirsə, bəs onda Moskvaya qaçan kimdir? Yox, əgər belə deyilsə, onda Moskvadan Bakıya gələn kimdir? Hər halda bu məsələ "ət-pişik məsələsi"nə döndü...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm