Orduya yarım milyon manat vəsait köçürüldü
Bizi izləyin

Qırmızı.az

Orduya yarım milyon manat vəsait köçürüldü

Orduya yarım milyon manat vəsait köçürüldü

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb. Müdafiə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, 2014-ci il may ayının 1-dək Silahlı Qüvvələrə Yardım Fondunun hesabına 53 810 708 manat, 211 791 ABŞ dolları, 593 avro pul daxil olub.

Modern.az fonda yığılan vəsaitin hazırki məbləğini ötən ayla müqayisə etdikdə məlum olub ki, 568 424 manat artım var.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.

Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər.

Beynəlxalq Bankın Binəqədi rayon filialında Silahlı Qüvvələrə Yardım Fondunun manat, dollar, avro hesabları fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm