• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Şeyxlərdən erotik fətvalar- Mini yubka "halaldı",lazım gəlsə vibrator da

Şeyxlərdən erotik fətvalar- Mini yubka "halaldı",lazım gəlsə vibrator da

Müxtəlif islam ölkələrindən olan dini liderlərin gündəlik həyatın hər bir sahələrinə aid verdikləri fətvalar maraq doğurmaya bilmir. Bəzən gülüşə, bəzən hiddətə səbəb olan bəzi fətvalara heyrətlənməmək olmur.

Erotik mövzularda olan fətvalar isə daha maraqlıdır.

Başlayaq Türkiyədəki Cübbəli Hocadan. Yaxınlarda bəyan etdi ki, “Jilet”lə üz qırxmaq haramdı. Niyə məhz “Jilet”lə-bax bunu hoca aydınlaşdırmadı. İndi Türkiyədə epilyasiya ilə məşğul olan firmalar da ehtiyat edir ki, Cübbəli onların da işinin haram olduğuna görə fətfa verə bilər.

Ərəb şeyxi İbn Qəyyim Cəvzi isə seksual “iqruşka” olan vibratoru halal sayır:"hansısa bir qadının əri olmasa və şəhvət ona güc gəlsə, bəzi fəqihlərimiz deyib ki, süni alətdən istifadə edə bilər" .

Avropada yaşayan bir vəhhabi müftisi fətva verib ki, qadınlar banan və xiyara əl vurmamalıdırlar. O bildirib ki, bu iki meyvə qadınların ehtiraslanmasına səbəb olur.

O uyğun gülünc fətvasında deyib ki, əgər qadınlar bu meyvələrdən yemək istəsələr, gərək başqa bir şəxs, məsələn əri, yaxud atası onlar üçün uyğun meyvələri doğrayıb versin.

Mərakeşli Əbdül-bari Əlzəmzəmi adlı vəhhabi müftisi öz fətvasında mini yubka və “razrez”ə icazə verir: "Gözəl olmayan qızlar ailə qurmaq üçün yarıçılpaq paltarlar geyinməlidirlər ki, cavanları özlərinə cəlb etsinlər".

Erotik mövzularda siə alimlərinin də fətvası var. Tanınmış şiə alimi Fazil Lənkaraninin saytında onanizmlə bağlı məsələlərə sual-cavab formasında aydınlıq gətirilib:

“Sual: Ər arvadın bədəni ilə istimna (onanizmlə məşğul olmaq - red) edə bilərmi?


Cavab: bəli, düzgündür.”

Hər bir halda Azərbaycanın tanınmış dindarları da bu mövzu da qalmaqallı çıxışları ilə diqqət çəkiblər. Elə dünən Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli sensasiyalı açıqlama verib.


Sosial şəbəkələrdə yayılan videoda Hacı Şahin kişinin cinsiyyətini dəyişməsi ilə bağlı verilən sualı cavablandıraraq, zərurət olduğu zaman bunun halal olduğunu bildirib.

Ilqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR