Lerik İH-dən “Çoban Xanış”ın oğlu ilə bağlı- AÇIQLAMA (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Lerik İH-dən “Çoban Xanış”ın oğlu ilə bağlı- AÇIQLAMA (YENİLƏNİB)

Lerik İH-dən “Çoban Xanış”ın oğlu ilə bağlı- AÇIQLAMA

"“Çoban Xanış”ın oğlu Nazim Şahıyevin həyat yoldaşı Səkinə Əliyevanı döyməsi barədə Rayon İcra Hakimiyyətinə heç bir məlumat daxil olmayıb".

Bu sözləri publika.az-a açıqlamasında Lerik rayon icra başçısının humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova deyib.

“Bu Nazim Şahıyevin üçüncü məhkumluğudur. O, əvvəl də narkotik maddə istifadə etdiyinə görə həbs edilib. S.Əliyevanın həyat yoldaşı 2010-cu ildə həbsdə olanda qaynı İcra Hakimiyyətinə müraciət edib, qadının iki azyaşlı uşağına baxması üçün işlə təmin edilməsini xahiş edib. Biz də müraciəti dəyərləndirib, S.Əliyevanı 2010-cu ilin avqustundan rayon mərkəzi xəstəxanasında xadimə işinə düzəltdik. Bu qadın hər zaman nəzarətimizdə olub”.

A.Vəliməmmədova bildirdi ki, bu şəxslər boşanıblar, ailəli olmadıqlarına görə, müdaxilə etmək mümkün olmayıb. Onun sözlərinə görə, yalnız müraciət edildiyi halda İcra Hakimiyyəti hadisəyə müdaxilə edə bilərdi:

“Həm də qadın problemləri ilə məşğulam, müraciət olaydı, bu fakt dəyərləndirilərdi, azyaşlılar üzrə komissiya addım atardı, polis məlumatlandırılardı. Polisə müraciəti istisna etmirəm, onlar da yəqin lazımı tədbirlər görüblər. Bundan başqa, biz N.Sahıyevin hələ də həbsdə olduğunu bilirdik”.

A.Vəliməmmədova bildirdi ki, S.Əliyevanın iki azyaşlı uşağı barədə onun yaxınları qərar verəcək.

Lerik rayon polis şöbəsinin rəisi Hüseynəli Məlikov isə S.Əliyeva tərəfindən dəfələrlə müraciət edildiyini və ona uyğun tədbirlər gördüyünü deyib:

“S.Əliyeva ilə N.Şahıyev ailəli olmayıb. Məhkəmə qərarına əsasən, boşandıqdan sonra onların bir evdə yaşamasına icazə verilib. N.Şahıyev də ifadəsində bildirib ki, o yenidən barışmaq istəyib. O, uşaqlarına görə, barışmaq istədiyini deyib, lakib S.Əliyeva razı olmayıb, əsəbləşib onun üzqırxan əşyalarını, dəsmalını həyətə atıb. Daha sonra “102”yə zəng edib, polislər hadisə yerinə çatana qədər N.Şahıyev onu öldürüb. İndi peşman olduğunu desə də, bunun heç bir əhəmiyyəti yoxdur”.

Xatırladaq ki, “Çoban Xanış” kimi tanınan mərhum Xanış Şahıyevin oğlu Nazim Şahıyev ailə münaqişəsi zəminində həyat yoldaşı Əliyeva Səkinə Şaban qızını qətlə yetirib.

Mərhumun yaxınları publika.az-a deyiblər ki, o,bir neçə dəfə ərizə ilə Lerik rayon İH-nə və rayonun hüquq-mühafizə orqanlarına müraciət edib ki, həyat yoldaşı tərəfindən təhdid edilir və onu qətlə yetirə bilər. Amma bu müraciətlərə heç bir reaksiya verilməyib.

11.11

“Çoban Xanış”ın oğlu Nazim Şahıyev barəsində həyat yoldaşını döydüyü üçün dəfələrlə Lerik rayon polis şöbəsində araşdırma aparılıb.

Lerik rayon polis şöbəsinin növbətçi hissəsindən publika.az-a bildirilib ki, Səkinə Əliyeva həyat yoldaşı Nazim Şahıyev barəsində şöbəyə dəfələrlə şikayət ərizəsi ilə müraciət edib. Ərizə əsasında araşdırma aparılıb və müvafiq tədbirlər görülüb.

Şöbədən bildirilib ki, sözügedən ailə münaqişəli ailə olub. Sahə müvəkkili mütəmadi olaraq həmin ailə ilə görüşüb, söhbətlər aparıb.

Sahə müvəkkili Ülfət Novruzov publika.az-a bildirib ki, Şahıyevin ailəsi münaqişəli ailə kimi şöbədə qeydiyyatda olub.

“Polis şöbəsi Səkinə Əliyevanın şikayətləri əsasında təhqiqat, araşdırma aparıb, Şahıyev bölməyə çağrılıb. Rayon məhkəməsi N.Şahıyevi dəfələrlə cəzalandırıb. Ona 15 sutka inzibati həbs, 8 ay azadlıqdan məhrumetmə cəzaları kəsilib” -, sahə müvəkkili deyib.

Onun sözlərinə görə, N.Şahıyev son dəfə bir neçə gün öncə xuliqanlıq hərəkətlərinə görə məhkəmənin qərarı ilə 200 manat məbləğində cərimələnib.

Xatırladaq ki, “Çoban Xanış” kimi tanınan mərhum Xanış Şahıyevin oğlu Nazim Şahıyev ailə münaqişəsi zəminində həyat yoldaşı Əliyeva Səkinə Şaban qızını qətlə yetirib.

Mərhumun yaxınları publika.az-a deyiblər ki, o,bir neçə dəfə ərizə ilə Lerik rayon İH-nə və rayonun hüquq-mühafizə orqanlarına müraciət edib ki, həyat yoldaşı tərəfindən təhdid edilir və onu qətlə yetirə bilər. Amma bu müraciətlərə heç bir reaksiya verilməyib.

Qeyd edək ki, Nazim Şahıyevin qətlə yetirdiyi həyat yoldaşı iki uşaq anasıdır və 1975-ci ildə anadan olub. O, Lerik rayon xəstəxanasında xadimə işləyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm