• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Məhkəmə-Hüquq Şurasından Tağı Əhmədovun hakim oğlu ilə bağlı AÇIQLAMA-ÖZƏL

Məhkəmə-Hüquq Şurasından Tağı Əhmədovun hakim oğlu ilə bağlı AÇIQLAMA-ÖZƏL

Xətai rayon məhkəməsinin hakimi Rauf Əhmədovla bağlı məsələ Məhkəmə-Hüquq Şurasına müraciət daxil olmayıb və onun məsləsinə Şurada baxılmır.

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov publika.az-a bu barədə məlumat verib.

R. Əhmədov barəsində mətbuatda yayılan məlumatlardan xəbərsiz olduğunu deyən C. Hüseynov bildirib ki, mətbuatda hər hansı məlumatların yayılması hakim barəsində intizam icraatı başlanması üçün əsas deyil.

Qeyd edək ki, Xətai rayon məhkəməsinin hakimi Rauf Əhmədovun Qarabağ əlili Bəxtiyar Kazımovu aldadaraq külli miqdarda pulunu mənimsəməsi iddia olunur.

“Mətbuatda yayılan məlumatları oxumamışam. Amma mətbuatda yayılması məsələ ilə bağlı heç nə demək deyil”.

Xatırladaq ki, müsavat.com-un məlumatına görə, Qarabağ əlilləri Metropolitenin keçmiş rəhbəri Tağı Əhmədovun oğlu Rauf Əhmədovun onlardan metroda köşklər yığışdırılmamışdan əvvəl 22 min manat pul aldığını iddia edirlər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR