Bəzi rayonlar qazsız qalacaq
Bizi izləyin

Qırmızı.az

Bəzi rayonlar qazsız qalacaq

Bəzi rayonlar qazsız qalacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən publika.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 12:00-dək İsmayıllı və Lerik rayonlarının bir hissəsinə, saat 11:00-dan 13:00-dək Nərimanov rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Lənkəran rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Həmçinin "Zaqatala" qaz ölçü qovşağından qidalanan 325 mm-lik orta təzyiqli yerüstü qaz kəməri üzərində qaztənzimləyici qurğunun, baypas xəttinin quraşdırılması və "Qax" qaz ölçü qovşağından qidalanan şəhər xətti üzərindəki qaztənzimləyici qurğunun tənzimlənməsi, baypas xəttinin quraşdırılması, eyni zamanda "Yevlax-1" QPS-dən qidalanan 325 mm-lik orta təzyiqli uzun müddət istismar olunmuş yerüstü qaz kəmərinin yenilənməsi ilə bağlı 315 mm-lik orta təzyiqli qaz kəmərinin 699,2 p/m hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar işlər yekunlaşana qədər Qax rayonuna, Zaqatala və Yevlax şəhərləri daxil olmaqla rayonların bir hissəsinə təbii qaz məhdudiyyətlərlə veriləcək.

Bundan əlavə, "Göyçay-2" QPS-nin çıxışında əhali qaz kəməri üzərində qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar saat 18:00-dək Göyçay rayonunun bir hissəsinə, qazpaylayıcı stansiyalarda qoruyucu klapanların sınaqdan keçirilməsi, yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qazpaylayıcı stansiyasında dövrələmə xəttinin üzərində siyirtmələrin quraşdırılması ilə əlaqədar saat 13:00-dək Abşeron, Xəzər və Suraxanı rayonlarının bir hissəsinə, saat 11:00-dan 17:00-dək isə Binəqədi rayonunun bir hissəsinə, Nəsimi rayonu, Neftçilər prospekti 687-ci məhəllədə mövcud 400-mm-lik orta təzyiqli qaz kəmərinin istismar olunmayan hissəsinin ləğv olunması, Xətai rayonu, İ.İsmayılov küçəsində yeni çəkilmiş 280 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin istismara verilməsi məqsədilə istismara yararsız polad boruların demontaj edilməsi, "Beyləqan" ölçü qovşağından qidalanan 325 mm-lik orta təzyiqli qaz kəməri üzərində qaztənzimləyici qurğunun quraşdırılması, Tovuz rayonunda 108 mm-lik orta təzyiqli qaz xəttinin hissə-hissə dayaqlar üzərinə qaldırılaraq qaz təchizat mənbəyinə birləşdirilməsi ilə bağlı aparılacaq təmir-bərpa işləri ilə əlaqədar saat 17:00-dək Xətai, Beyləqan və Tovuz rayonlarının bir hissəsinə, tənzimləyici klapanların və siyirtmənin dəyişdirilməsi və qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar isə saat 18:00-dək Şəmkir, Samux və Gədəbəy rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm