Bu yay metroda "bişəcəyik"
Bizi izləyin

Qırmızı.az

Bu yay metroda "bişəcəyik"

Bu yay Bakı metropolitenində qatarların vaqonlarında və ya platformalarda kondisionerlərin quraşdırılması nəzərdə tutulmayıb.



Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O, bildirib ki, Bakı Metropolitenində qatarların vaqonlarında və ya platformalarda kondisionerlərin quraşdırılması baha başa gəldiyi üçün bundan vaz keçilib.



“Ona görə də kondisionerlərin quraşdırılması real görünmür. Lakin istər qatarlarda, istərsə də platformalarda havalandırma sistemi işləyir. Qatar tuneldə qalarsa, havalandırma sistemi yenə də işlək vəziyyətdə olur”, - deyə Nəsimi Paşayev bildirib.



Qeyd edək ki, son günlər Bakı metrosunda qatarların nasazlıq səbəbindən tuneldə qalması halları tez-tez baş verir. Bu zaman qatarda sıxlıq olduğundan sərnişinlər arasında diskomfort hissi yaranır./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm