Heydər Əliyevin sevdiyi gənc ondan nə danışdı?-Video – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyevin sevdiyi gənc ondan nə danışdı?-Video – MÜSAHİBƏ

“Heydər Əliyevə xidmət, vətənə xidmət deməkdir” – MÜSAHİBƏ

Anar Axundzadə: “Zaman gələcək ki, o böyük şəxsiyyət haqqında dünyanın beyin və siyasi mərkəzləri öyrənəcəklər”

2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş,Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak edən,Heydər Əliyevin etimad göstərdiyi gənclərdən olan Anar Axundzadə Publika.Az-a müsahibə verib:

- Anar bəy, tanınmış şəxslər yaddaşlarda iki çür qalır; Bir ümumi fəaliyyətindən irəli gələn və bir də fərqi münasibətlər. Heydər Əliyevlə şəxsən təmasda olmuş şəxs kimi istərdim ki, sualın ikinci tərəfini cavablandırasınız…

- Bilirsiniz Heydər Əliyev elə bir dahi şəxsiyyət idi ki, onu tam olaraq xarakterizə etmək qeyri-mümkündür. Hətta çəkinmədən deyə bilərəm ki, onunla hər hansı təmasda olan insanlar istər uzun, istərsədə qısa müddətli fərqi yoxdur ki, həm o böyük insanın nəzərindən qaçmazdı, həm də insanları xarakterizə edib qiymət verərdi. Hətta çəkinmədən deyə bilərəm ki, onunla hər hansı təmasda olan insanlar istər uzun, istərsədə qısa müddətli – fərqi yoxdur, həmin insanları xarakterizə edib qiymət verərdi. Mən ən az və ən qısa ünsiyyətdə olan bir insan kimi heç vaxt onun nəzərindən qaçmamışamsa, deməli, Heydər Əliyev şəxsiyyətinin ilk xarakteriskası onun insanlara hədsiz diqqəti idi. Hətta xırda əməyə görə yüksək qiymətinin cavabı, onun yüksək səməmiyyətin irəli gəlirdi. Ümumiyyətlə, mərdlik, səmimiyyət, qətiyyət, insani münasibət dahi şəxslərə məxsus olan faktorlar ulu öndərdə birləşmişdi. O rəhbər və lider kimi möhtəşəm insan idi. Heydər Əliyev adi bir detalı nəzərdən qaçırmazdı. Ona sevgi və məhəbbətlə yanaşan insana qayğısını əsirgəlməzdi. Heydər Əliyev fenomen şəxsiyyət idi və onunla söhbət olduqca maraqlı olurdu.

- Onunla bağlı hansısa xatirə yadınızda qalıbmı?

- Təbii onunla bağlı xatirələrim çoxdur. 1992-ci ilin oktyabr ayında Naxçıvan Dövlət Universitetinin 25 illik yubleyi keçirilirdi. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi o tədbirdə iştirak edirdi. Tədbirə İran, Türkiyə və Bakıdan və s. yerlərdən qonaqlar gəlmişdi. Mən həmin universitetin tələbəsi kimi tədbirdə çıxış etdim. O zaman 20 yaşım vardı. Onu xatırladım ki, o zamankı Təhsil Nazirinin müavini Xalid Əlimirzəyev çıxışında, Heydər Əliyevi nəzərdə tutaraq dedi ki, ağsaqqalda burda oturub, bilmirəm Azərbaycan niyə bu gündədir. Hər yer od tutub yanır. Gəncəyə, Şəkiyə və s. yerlərə gedirəm, ölkə viran qalır. Xalid bəyin çıxışından sonra, mənə söz verdilər. Təbrik çıxışımın sonunda dedim ki, Azərbaycan ona görə od tutub yanır ki, Azərbaycanı bu vəziyyətdən çıxara biləcək lider öz yerində oturmayıb. O burda Naxçıvanda bizim aramızdadır. Bu sözlərdən sonra salon məni uzun müddət ayaqüstə alqışladı. Bu mənə olan alqış deyildi. Xilaskara yönəlmiş “gəl, qurtar Azərbaycanı” deyə hayqıran alqış idi. O zaman Azərbaycanda vəziyyət çox ağırlaşmışdı.

- Bu çıxışınız sizi ən gənc yaşınızda millət vəkili olmağınıza səbəb oldu və gələcək siyasi-ictimai fəaliyyətiniz üçün zəmin yaratdı…

- Bəli. Tədbirdən bir neçə gün sonra mərhum Sirus Təbrizli universitetə mənim arxamca gəldi. Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etməyimi tövsiyyə etdi və məni təşkilat komitəsinə üzv yazdı. 1992-ci il noyabr ayının 21-də Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Konfransda sonra YAP idarə heyəti və siyasi şurası toplandı. Sirus Təbrizli mənə dedi ki, səndə gəl, tədbirdə iştirak et. Mən də heyətdə olmadığımı dedim. Cavabında bildirdi ki, bunun heç bir fərqi yoxdur. Orda mərhum Ziya Bünyadov, Murtuz Ələsgərov, Fərəməz Maqsudov – bir sözlə Yeni Azərbaycan Partiyasının yaradıcıları, xalqımızın düşünən beyinləri iştirak edirdi. Orda məlum oldu ki, Sirus Təbrizli mənimlə görüşə Heydər Əliyevin tapşırığı ilə gəlib. Yəni, o, 20 yaşlı gəncin adi bir çıxışına qiymət verən, onu qanadlanıran şəxsiyyət idi. Belə xatirələr çoxdur. Təəssüf ki, onun haqqında danışmaq nə bir müsahibəyə, nə də kitaba sığar. Zaman gələcək ki, o böyük şəxsiyyət haqqında dünyanın beyin və siyasi mərkəzləri öyrənəcəklər. O bizim qürur mənbəyimizdir. Heydər Əliyevlə ünsiyyətdə olan dünya şöhrətli siyasətçilər belə, onun fikrinə hörmətlə yanaşırdılar.

- Adi vətəndaşlar, siyasi fəaliyyətdə olanlar, jurnalistlər və liderlə birbaşa təmasda olan insanlar onun fəaliyyəti, gördüyü işlər barədə tam məlumatlı olmur. Müəyyən məqamlarda birbaşa və ya dolayısı olsa da prezidentdən gələn göstəriş, əmr kimi yaddaşınızda xüsusi qalmış və indiyədək işıqlandırılmamış xidmətlərini əks etdirən məqamlar varmı?

- Heydər Əliyevin göstərişini və hər hansı bir tapşırığı nəinki unutmaq, bunların işıq üzü görməməsi mümkün deyildi. Burda kimlərinsə səhlənkarlıq ola bilərdi ki, onu da edənlər cəzasız qalmazdılar. Yaddaşımda qalan bir hadisəni qeyd edim: Dünya Azərbaycanlılarının birinci qurultayında iştirakçılar adından müraciət qəbul olundu. Müraciətin içinə belə bir bənd təklif etmək istəmişdim ki, Heydər Əliyev Dünya Azərbaycanlıların ümummilli lideri elan edilsin. Amma bir az çəkindim, cəsarət etmədim. İndi çox şadam ki, bu arzum artıq realdır və Heydər Əiyev xalqın ümummilli lideri kimi dünyada tanınır.

- Bildiyimiz kimi, Heydər Əliyevin keyfiyyətlərindən biri də, istənilən insanlara qısa zamanda inam və səmimiyyətə söykənən münasibətlər qura bilməsi olub. Hətta ona müxalif olanlar belə, onunla yaxın təmasa olduqda bu nəticə alınıb. Sizcə, bunun sirri nədədir?

- Heydər Əliyev şəxsiyyətinin ən önəmli cəhətlərindən biri də insanlarla yüksək səviyyədə ünsiyyət qurmaq qabiliyyət idi və o qısa müddətdən sonra ünsiyyətdə olduğu insanı özünə bağlayırdı. Bu da hər insanın içində Heydər Əliyev sevgisi yaratması üçün əsas olurdu. Mən sadəcə onu deyə bilərəm ki, sadə insanlar üçün Heydər Əliyev çox səmimi ata və eyni zamanda uşaqlar üçün bir sevimli baba idi.

Amma rəhbərliyi altında işləyən insanlar üçün çox qətiyyətli rəhbər idi və ən aşağı vəzifə daşıyan məmur belə onun qəzəbindən qorxurdu. Amma, onun etimadını qazanan insanlar, onun məhəbbət qayğısından kənarda qalmazdı. Onun heç kimə mənəvi borcu yox idi. Əgər bu gün kimlərsə düşünürsə ki, Heydər Əliyevə xidmət ediblər, səhv düşünürlər və bu yanlış yanaşmadı. Heydər Əliyevə xidmət vətənə xidmət deməkdir. Heydər Əliyev siyasətinin ən uca məqamı xalqa xidmətə söykənirdi və hətta ona müxalif olanlar belə onu siyasətini alqışlayırdı.

- Bəzi narazı qüvvələr onu SSRİ DTK-sının generalı, SSRİ-nin rəhbərlərindən biri kimi xarakterizə edir və onu qeyri-demokratik insan kimi qələmə verirdilər. Bu həqiqənmi belə idi?

- Bilirsiniz ki, Heydər Əliyev kimi dahi rəhbərlər demokratikləşmə prosesini yaradırlar, tarix yazırlar. Demokratiya sözünün mənası xalq hakimiyyəti deməkdir. Unutmayaq ki, Heydər Əliyev Azərbaycanda keçirilən demokratik seçkilərin qarantı olub və xalqın yekdilliklə səsini qazanaraq 1993-1998, 1998-2003-cü illərdə Azərbaycanın prezideni seçilib. O sözü deyənlər əslində demokratiyanı yox, anarxiyanı dəstəkləyənlərdir. Bu insanlar üçün Heydər Əliyev ölkəmizdə anarxayanın qarşını alan böyük sədd kimi dayanırdı.

Ölkəmizin addım-addım demokratiya yolunda irəliləməsi, adını demokrat qoyub, ölkəni viran gününə qoyanların yox, Heydər Əliyevin rəhbərliyi ilə inkişaf mərhələsinə qədəm qoyan bu böyük və uğurlu siyasət bu gündə möhtərəm prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Demokratiya pərdəsi altında hakimiyyətə həmin qüvvəllərin səriştəsiz siyasəti nəticəsində ölkəmiz torpaqlarımızın 20 fazini itirdi və az qala ölkəmiz məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Bu gün Azərbaycan dünyanın lider ölkələrindən birinə çevrilib. İqtisadi inkişaf tepminə görə qabaqcıl dövlətlərdən biridir və dəfələrlə Dünya Bankı tərəfindən Azərbaycanın iqtisadi inkişaf tepminin yüksək qiymətləndirilməsi qeyd ediklərimizin əyani sübutudur. Bunu etiraf etməyənlər ölkəmizin inkişafını gözü götürməyənlərdir.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm