Müsabiqənin nəticələri açıqlandı
Bizi izləyin

Qırmızı.az

Müsabiqənin nəticələri açıqlandı

Müsabiqənin nəticələri açıqlandı

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun elan etdiyi "Təhsildə interaktiv texnologiyalar-2014" müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqə "DYMO/Mimio şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi "Smart Technologies" şirkəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş "İnteraktiv Texnologiyalar və müasir təhsil 2014" elmi-praktik konfrans çərçivəsində elan edilib.

Müsabiqənin başlıca məqsədi interaktiv lövhələrdən istifadə etməklə yeni təlim texnologiyaları ilə işləyən təşəbbüskar müəllimlərin təcrübəsinin öyrənib yayılması və bütövlükdə pedoqoji kadrların səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Müsabiqədə Respublikasının 5 şəhər və 23 rayonundan 315 nəfər müəllim 17 fənn üzrə 308 işlə iştirak edib.

Müsabiqəyə ən çox Bakı şəhərindən (219) və Şəki rayonundan (36) iş təqdim olunub. Onlardan 70-i riyaziyyat, 54-ü Azərbaycan dili və ədəbiyyat, 32-si ingilis dili, 30-u tarix, 26-sı biologiya, 23-ü həyat bilgisi, 20-si informatika, 53-ü isə digər fənnlərdən olub.

Xüsusi yaradılan komissiya tərəfindən təqdim olunan işlər ekspertiza olunub. Həmin işlərdən müxtəlif fənnlər üzrə 12 iş finala çıxıb. Yerdə qalan işlərdən 12-si isə digərlərindən fərqləndiyinə görə müvafiq mükafata təqdim olunmasını komissiya məqsədəuyğun hesab edib.

Konfransda finala çıxan 12 işin müəllifləri işlərini təqdim ediblər.

Münsiflər heyətinin qərarı ilə 3 iş sahibi qalib elan olunub, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm