Rusiyaya qaçan general danışdı
Bizi izləyin

Qırmızı.az

Rusiyaya qaçan general danışdı

Rusiyaya qaçan general danışdı

“Komandanlıq mənə bir neçə günlük məzuniyyət verdi və mən bir neçə günlük ailəmin yanına getdim”.

Bu sözləri “Axar.az”a eksklüziv açıqlamasında bir müddət öncə ölkədən qaçmış hesab olunan general-mayor Bağır Fətullayev dedi.

O, ölkədən komandanlığın icazəsi ilə getdiyini bildirib:

“Mən həqiqətən qismən hərbi qulluqçu, işçi kimi öz komandanlığıma məruzə elədim ki, mənə bir neçə günlük məzuniyyət versinlər. Çünki ailəmin vəziyyəti müəyyən qədər çətin idi. Komandanlıq mənə bir neçə günlük məzuniyyət verdi. Mən bundan istifadə edəndən sonra öz iş yerimə qayıtdım və rəsmi şəkildə müraciət etdim ki, artıq gəlmişəm. Ayın 3-ü bildim ki, belə bir problem ortalığa çıxıb. Mən üçü də gələ bilərdim, ancaq mən işə dünən çıxmalı idim. Mayın beşi saat beşdə Heydər Əliyev adına aeroporta eniş etdim. Qohumlarım məni qarşıladı. Saat 08:15-də artıq iş yerimdə idim. İndiyə qədər də buradayam”.

General-mayor dövlətdə vacib hərbi məsələlərlə məşğul olduğunu qeyd etdi:

“Bilirsiniz, mən o qədər də açıq danışa bilmirəm. Çünki hərbi qulluqdayam, vacib tapşırıqlar yerinə yetirirəm, dövlətdə vacib hərbi problemlərlə məşğulam. Çalışıram ki, dövlətimizin Silahlı Qüvvələri lazımi səviyyədə olsun”.

Bağır Fətullayev bu tip ittihamların ona qarşı ilk dəfə irəli sürülmədiyini də diqqətə çatdırdı:

“Bu, mənə qarşı yazılmış ilk xəbər deyil. İki il bundan qabaq mən ilk dəfə işə çıxanda bu şəxs məndən məqalə çap etmişdi. Eyni şəxslərdir, onların arxasında duranlar qəsdən belə yazdırırlar ki, mən bezim, buradakı işlərimi dayandırım. Mən bu insanlara yox, vətənimə, millətimə xidmət edirəm”.

Qeyd edək ki, bir müddət öncə Bağır Fətullayevin ölkədən qaçdığı haqqında informasiya yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm