Xeyirxahahlıq bizim qanımızdadır
Bizi izləyin

Qırmızı.az

Xeyirxahahlıq bizim qanımızdadır

Xeyirxahahlıq bizim qanımızdadır

8 May Beynəlxalq TALASSEMİYA günü ilə əlaqədar olaraq “Xeyirxahalıq bizim qanımızdadır” şüarı ilə Ana Vətən Partiyasının bir qurup fəalı talassemiya xəstəsi olan uşaqlara qanvermə aksyası keçiriblər.

Ana Vətən Partitası üzvlərinin donor qanları Səhiyyə Nazirliyinin Qanköçürmə İnstitutunun qan bankına verilib.

Tədbir talassemiyalı xəstələrə qarşı qayğı və diqqətin artırılması, donorluğun təbliği, donorçuluğun xeyri və sağlam cəmiyyətin bünövrəsinin möhkəmlənməsinə həsr olunub.

Tədbirlə bağlı Ana Vətən Partiyası Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı bildirmişdir ki, bizim qana ehtiyacı olan insanların həyatını xilas etmək imkanımız var. Hər zaman belə aksiyalara dəstək oluruq. Çünki Talassemiya xəstəliyinə tutulmuş uşaq əgər düzgün və vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç nə ilə seçilməyəcəkdir. Bu səpkidə olan xeyriyə aksiyalarını gələcək illərdə də davam etdirmyi nəzərdə tuturuq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm