Jurnalisti döydürən Aynar Məmmədovun dostu çıxdı
Bizi izləyin

Qırmızı.az

Jurnalisti döydürən Aynar Məmmədovun dostu çıxdı

Jurnalistin döyülməsi sifarişini verən Aynar Məmmədovun dostu çıxdı

“Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunu döyən şəxsin tapılması ilə cinayətin üstü açılmağa başlayıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, artıq jurnalistin döyülməsinə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər.

Onlar müxbirimizin də iştirak etdiyi istintaqdakı üzləşmə zamanı etiraf ediblər ki, sifarişçi Tural Bayramov Fərahim İlqaroğlunun Facebookdakı şəklini göstərərək, "bunu cəzalandırmaq lazımdır, pul da veriləcək", deyib.

Cinayət əməlini törətməmişdən öncə T. Bayramovdan pulun bir qismini də alıblar. Tural bayramov özü də aktiv Facebook istifadəçisidir.

Tural Bayramovun özü ilə bağlı kifayət qədər maraqlı məlumatlar var. O, K-1 döyüş növü üzrə tanınmış idmançıdır. 72 kiloqram çəki dərəcəsində çıxış edən Tural Bayramov dəfələrlə beynəlxalq yarışlara qatılıb.

Peşəkar döyüşçü vaxtilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin ətrafında olub. Daha sonra Tural Bayramovun Adil Əliyevdən ayrıldığı və nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq eləməyə başladığı bildirilir. Onların birlikdə fotosu da var.

Qeyd edək ki, Tural Bayramov hələ saxlanılmayıb. Onun axtarışları davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm