Birinci xanım qızları ilə - Sərgidə+Fotolar
Bizi izləyin

Qırmızı.az

Birinci xanım qızları ilə - Sərgidə+Fotolar

Birinci xanım qızları ilə - Sərgidə+Fotolar

Mayın 7-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Adrian Sternin "Afrikanın vəhşi təbiəti" adlı fərdi sərgisi açılıb.

buro247.az xəbər verir ki, sərgi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçiriləcək Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində təşkil olunub.

Sərginin açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Sərginin məqsədi vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə diqqət çəkməkdir. Heydər Əliyev Mərkəzindəki sərgidə müəllifin 35 əsəri təqdim edilir. A.Stern Ümümdünya Vəhşi Təbiət Fondunun Cənubi Afrikadakı nümayəndəliyinin fotoqrafı olaraq vəhşi təbiətin qorunması, təsviri materiallardan istifadə edərək brakonyerlik və digər aktual məsələlər barədə müzakirələrin aparılması və tədbirlər görülməsini stimullaşdırmaq üçün aktiv fəaliyyət göstərir. Hazırda Adrian Stern Qafqaz bəbiri və onun Azərbaycanda mövcudluğu haqqında sənədli film üzərində işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm