Qırmızı.az
"Heydər Əliyev" ordeninə əlavələr ediləcək
Milli Məclisə Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi daxil olub.
Milli Məclisdən Trend-ə daxil olan məlumata görə, "Heydər
Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə təsdiq edilmiş "Heydər Əliyev" ordeninin
təsviri"ndə ediləcək dəyişikliyə əsasən, "Heydər Əliyev" ordeni
ulduzdan, orden zəncirindən və nişandan əlavə, döş nişanından
ibarət olacaq.
Ordenin təsvirindəki on dördüncü hissə ləğv edilir, əvəzində on
beşinci - iyirmi üçüncü hissələr əlavə edilir:"Heydər Əliyev"
ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş dördguşəli ornament
şəklində altlıqdan ibarətdir. Altlığın dörd guşəsinin hər birində
yerləşən səkkizguşəli ulduz formalı elementin hər birinə 1 ədəd
brilyant daş bərkidilir. Altlığın üzərində, guşələri altlığın
guşələrinə çarpaz olmaqla, göy minalı dördguşəli ornamentli lövhə
yerləşdirilir. Göy minalı ornamentin dörd guşəsinin hər birinə 1
ədəd brilyant daş bərkidilir".
Əlavəyə görə, döş nişanının mərkəzində tünd qırmızı mina ilə
örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi
yerləşir. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə
haşiyələnir. Hər çərçivəyə 56 ədəd brilyant daş bərkidilir.Döş
nişanı 28 mm x 28 mm ölçüdədir, arxa hissəsinə seriyası və nömrəsi
həkk olunur.
Döş nişanı paltara bərkidilmək üçün elementi olan 23 mmx 16 mm
ölçülü lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin
mərkəzində qabarıq hərflərlə yazılmış "HEYDƏR ƏLİYEV" sözlərindən
yuxarıda və aşağıda, hər sırada 14 ədəd olmaqla, lövhənin qabarıq
kənarları boyunca 28 ədəd brilyant daş bərkidilir.
Döş nişanına paltara bərkidilmək üçün elementi olan 24 mm x 9 mm
ölçülü qəlib əlavə olunur. Qəlib Azərbaycan Respublikası Dövlət
bayrağının rənglərini əks etdirən və hər birinin eni 8 mm olan üç
şaquli zolaqdan ibarət lentlə örtülür. Qəlibin mərkəzinə "Heydər
Əliyev" ordeninin döş nişanının formasına uyğun, Heydər Əliyevin
barelyefi yerləşdirilmiş hissəsi tünd qırmızı mina ilə örtülmüş, 6
mm x 6 mm ölçülü hissə bərkidilir.
Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır. Ordenin
hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram
gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram
qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8
brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37
karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant
daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant
daşdan istifadə olunur.
Ordenin hazırlanmasında istifadə olunmuş qiymətli metalların və qiymətli daşların çəkisi (texnoloji proses zamanı yarana biləcək fərqlər nəzərə alınmaqla) və miqdarı ordenin əmtəə sertifikatında göstərilir.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü