Aqil Dadaşovun arvadını öldürənə ömürlük cəza verildi
Bizi izləyin

Qırmızı.az

Aqil Dadaşovun arvadını öldürənə ömürlük cəza verildi

Aqil Dadaşovun arvadını öldürənə ömürlük cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşını öldürməkdə ittiham olunan Əlaqif Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, Əlaqif Abbasov ötən il avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun 1955-ci il təvəllüdü həyat yoldaşı Elmira Xalid qızı Dadaşova Əlaqif Abbasov tərəfindən bıçaqlanaraq öldürülüb. Əlaqif Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 11-də İbrahim Hüseynovun evindən 860 manat pul və qızıl əşyalarını oğurlaması, avqustun 14-də Kənan Hüseynquliyevin evindən oğurluğa cəhd göstərməsi, habelə cari ilin aprel-iyun ayları ərzində Çiçək qəsəbə sakini Elşən Cəlilovun,

Hökməli qəsəbə sakini Mirxas Ağayevin və Kənan Məmmədovun evlərindən pul, qızıl və məişət əşyalarını oğurlaması da müəyyən edilib. Bundan əlavə onun “Bərəkət-98” firmasının ofisindən içərisində 100 manat və möhür olan seyfi, Reyhan Müzəffərovanın evindən 2850 manat pul oğurlanması da müəyyən edilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əlaqif Abbasov ömürlük azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm