Gənc müəllimə intihar etdi
Bizi izləyin

Qırmızı.az

Gənc müəllimə intihar etdi

Gənc müəllimə intihar etdi

Türkiyənin Adana şəhərində yanvarın 14-də baş vermiş hadisədə müəllimə işləyən Ayten Soysal dərsdən sonra 9 mərtəbəli bir binaya çıxaraq özünü boşluğa buraxıb.

Xəstəxanaya aparılarkən yolda ölən qadının intihar etməzdən bir müddət əvvəl maddi sıxıntısı olmadığı halda bankdan 15 min lirə kredit götürdüyü məlum olub.

2 uşaq anası Ayten Soysalın intihar görüntüləri ortaya çıxıb. Binanın təhlükəsizlik kamerası görüntülərinə görə, günəş eynəyi geyinmiş Ayten Soysal sürətlə binaya tərəf gedir. Qapının bağlanacağını anlayan Soysal sürətli addımlarla irəliləyərək qapı bağlanmadan içəri girir.

Liftə girən Ayten Soysal görüntülərdən itir. Binanın digər kamera görüntülərində isə Ayten Soysalın sürətlə yerə çaxılması və hadisəyə şahid olan vətəndaşların çaxnaşması görünür.

“Nəyə görə kredit götürdüyünü bilmirik”

Ayten Soysalın binaya girməsi ilə aşağıya düşməsi 3 dəqiqə davam edib. Polisin binada apardığı araşdırmada isə gənc qadının özünü atmazdan əvvəl son siqaretini çəkdiyi məlum olub.

Özəl bir şirkətdə satış müdiri işləyən həyat yoldaşı Murat Soysal isə öz ifadəsində maddi çətinliklərinin olmadığını bildirib. Soysal, “Niyə kredit götürdü, pulu kimə verdi, kimlərlə əlaqəsi var bilmirik.

Bankdan kredit götürdüyünü də ölümündən sonra öyrəndik” deyib.

Gənc qadının intiharı ilə bağlı açılan istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm