• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Nazim İmanov yeni vəzifəsindən danışdı

Nazim İmanov yeni vəzifəsindən danışdı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə təyin edilən iqtisad elmləri doktoru Nazim İmanova yeni təyinata münasibət bildirib.

N.İmanov Teleqraf.com-a açıqlamasında bildirib ki, təyinat yeni verilib: "Bilirsiniz ki, mən mətbuata müsahibə vermirəm. Bundan sonra da açıqlama vermək fikrim yoxdur. Sadəcə demək istəyirəm ki, etimad göstərib mənə bu vəzifəni həvalə ediblərsə, çalışacam bu etimadı doğruldum".

Qeyd edək ki, Azərbaycanda ilk qeydiyyatdan keçmiş siyasi partiya olan Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından biridir. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Azərbaycan Milli İstiqlal Partiyasından istefa verdikdən sonra, 2005-ci ildə müstəqil namizəd kimi parlament seçkilərinə qatılmış, lakin deputat seçilməyib. Həmin vaxtdan etibarən aktiv siyasi fəaliyyətini dayandırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR