Qırmızı.az
Zakir Həsənov hərbi təlimdə - Fotolar
Mayın 7-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimində Müşahidəçilər Günü keçirilib.
Publika.az bu barədə Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. Təlimin çöl-səhra fazasını izləmək üçün poliqona gələn Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən qonaq qismində dəvət almış Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriç, NATO-nun Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messencer, həmçinin ölkəmizdə akkreditə olunmuş 20-dən artıq xarici dövlətin hərbi attaşesi Təlim Mərkəzinin Qərargahında olublar.
Əvvəlcə qonaqlara taktiki əməliyyat mərkəzində ön əməliyyat bazası haqqında ümumi məlumat verilib və təlimin ssenarisi üzrə həyata keçirilən fəaliyyətlər barədə tanışlıq brifinqləri təqdim olunub.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov və qonaqlar ərazidəki taktiki əməliyyat mərkəzinə gələrək briqada, tabor və bölüklər səviyyəsində şəxsi heyətin hazırlığı ilə tanış olub, səhra təliminin ərazidə praktiki hissəsini izləyiblər.
Ssenariyə əsasən təlimdə iştirak edən 900 nəfərə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və 4 ədəd helikopter 5 sahə üzrə, 117 kriteriyanı həyata keçirib və fəaliyyətin qiymətləndirməsinin 752 sualını yerinə yetiriblər.
Təlim maraqla izlənilib və beynəlxalq müşahidəçilər şəxsi heyətin peşəkarlığını yüksək qiymətləndiriblər. Təlim mayın 8-də sona çatacaq.
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır