Azərbaycanlı Rusiyada 4 nəfəri girov götürdü
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı Rusiyada 4 nəfəri girov götürdü

Rusiyanın Nijnevartovsk şəhərində azərbaycanlı cinayətkar 4 nəfəri, o cümələdən, bir südəmər körpəni girov götürüb.

Bu gün günorta saatlarında Nijnevartovsk şəhərində iki polis işçisinin küçədə sənədlərini yoxlamaq üçün saxlamaq istəyən zaman adı hələ ki açıqlanmayan azərbaycanlı onlara odlu silahdan atəş açıb. Nəticədə hər iki polis işçisi ağrı xəsarət alıb.

Hüquq mühafizə orqanlarından yayınmağa çalışan cinayətkar yaxında yerləşən yaşayış binalarından birinə daxil olaraq iki qocanı, bir gənc qadını və onun südəmər körpəsini girov götürüb. Hadisə yeri mühasirəyə alınıb.

Federal dairənin yüksək çinli polis işçiləri hadisə yerinə gəliblər. Hazırda girovların azad edilməsi üçün azərbaycanlı ilə danışıqlar davam etdirilir. /axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm