Ağdaşda avtomobil kanala düşüb, sürücü ölüb
Bizi izləyin

Qırmızı.az

Ağdaşda avtomobil kanala düşüb, sürücü ölüb

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdaş rayonu, Qoşaqovağ kəndində “VAZ” markalı minik avtomobili Şirvan kanalına düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və su kanalına düşüb.

Xilasedicilər sürücünün meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər. Əməliyyat saat 03:40-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm