Anasını 102 bıçaq zərbəsi ilə öldürən oğul peşiman deyil
Bizi izləyin

Qırmızı.az

Anasını 102 bıçaq zərbəsi ilə öldürən oğul peşiman deyil

Anasını 102 bıçaq zərbəsi ilə öldürən oğul peşiman deyil

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən Naxçıvan şəhər sakini Mürsəl Dünyamalıyevin məhkəməsi başlayıb.

Hakim Azər Orucovun sədrliyi ilə keçən prosesdə prokuror ittihamı açıqlayıb. İttihama görə, 31 yaşlı Mürsəl Dünyamalıyev ötən il, dekabrın 18-də Bakının Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsindəki evində, qısqanclıq zəminində anası, 1962-ci il təvəllüdlü Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətləri yetirək öldürüb.

Məhkəmə tibbi ekspertizası Cəmilə Dünyamalıyevanın bədənində 102 xəsarət aşkarlayıb.

İstintaq zamanı Mürsəl Dünyamalıyev anasına qarşı olan nifrətini və qəddarlığını onun əxlaqsızlıq etməsi ilə əlaqələndirib.

Müttəhim uzun müddət idmanla məşğul olub. “SOCAR”da mühafizəçi işləyən ana qatili hadisəni törətdikdən sonra iş yerinə gəlib və iş yoldaşları ilə vidalaşıb. Daha sonra Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə təslim olub.

Mürsəl Dünyamalıyev ittiham üzrə özünü qismən təqsirli bilib. Deyib ki, anasını öldürdüyü üçün peşman deyil. O, yalnız Allah qarşısında özünü təqsirli bildiyini deyib.

Mürsəl Dünyamalıyevin vəkili vəsatətlə çıxış edib. O, deyib ki, müdafiə etdiyi şəxslə yeni müqavilə bağlayıb və cinayət işi ilə yetərincə tanış olmayıb. Buna görə hakimlərdən vaxt istəyib. Vəkilin istəyini nəzərə alan hakimlər məhkəmə iclasının davamını mayın 14-nə təyin ediblər.

teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm