331 nəfər qidadan zəhərləndi
Bizi izləyin

Qırmızı.az

331 nəfər qidadan zəhərləndi

331 nəfər qidadan zəhərləndi

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 331 nəfər qidadan zəhərlənib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu müddətdə Azərbaycanda əhali arasında 296 qida zəhərlənməsi hadisəsi baş verib. Hadisələrdən 13-ü botulizm olub. Bu hadisələr nəticəsində 19 nəfər zəhərlənib.

Yalnız bu ilin aprel ayı ərzində isə 99 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 115 nəfər qidadan zəhərlənib. Hadisələrin 2-si botulizm olub. Botulizm hadisəsindən 2 nəfər zərərçəkib. Aprel ayında Ağcabədidə 1 nəfər ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərlənərək dünyasını dəyişib.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 1278 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 1525 nəfər qidadan zəhərlənib. Azərbaycanda 2012-ci illə müqayisədə ötən il baş verən qida zəhərlənmələrinin və ondan zərər çəkənlərin sayı artıb. 2012-ci ildə isə Azərbaycanda 1193 qida zəhərlənməsi baş verib. Bu hadisələr nəticəsində 1466 nəfər zəhərlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm