Hadisə və Mustafa Cecelinin Gəncə konsertinin xərcləri açıqlandı – ÖZƏL (VİDEO - FOTOLAR)
Bizi izləyin

Qırmızı.az

Hadisə və Mustafa Cecelinin Gəncə konsertinin xərcləri açıqlandı – ÖZƏL (VİDEO - FOTOLAR)

Hadisə və Mustafa Cecelinin Gəncə konsertinin xərcləri açıqlandı – ÖZƏL (VİDEO - FOTOLAR)

Xəbər verdiyimiz kimi, ötən gecə Gəncə şəhərində keçirilən mərhum prezident Heydər Əliyevin 91 illiyinə həsr olunmuş bayram konsertində Türkiyənin məşhur müğənniləri Hadisə və Mustafa Ceceli iştirak ediblər.

Yayılan məlumatlara görə, türkiyəli müğənnilər Gəncəyə konsert vermək üçün 1 saatı 300 min dollara gəliblər.

Sözügedən məsələ ilə əlaqədar Publika.az- Gəncə şəhər İcra Hakimiyyətinə sorğu ilə müraciət edib.

İcra Hakimiyyətindən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Türkiyənin tanınmış müğənniləri Hadisə və Mustafa Ceceli Gəncədə havayı konsert veriblər.

Sorğumuza cavab olaraq o deyilir: “Hələ bir müddət öncə Gəncə şəhər gəncləri arasında ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunan konsertə hansı müğənnilərin arzu olunması barədə sorğu təşkil edilib. Həmin sorğunun nəticələrinə görə, daha çox Hadisə və Mustafa Ceceli istək qazanıb. Məhz, buna görə də qərara alınıb ki, ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunan konsertdə Hadisə və Mustafa Ceceli olsun.

Onu da qeyd etməliyik ki, Hadisə və Mustafa Ceceli ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunan konsertdə çıxış etməyi özləri də çoxdan arzu etdiklərini bildiriblər və bu dəvətdən çox məmnun qalıblar.

Gəncə şəhər İcra Hakimiyyəti olaraq biz də Hadisə və Mustafa Cecelinin və onların heyətinin yalnız qonaqlama, gediş-gəliş, yemək-içmək xərclərini ödəmişik”.

Qeyd edək ki, Hadisə və Mustafa Ceceli Türkiyəyə bu gün səhər Gəncə Şəhər Hava Limanından yola düşüblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm