Narkotik satan 1-ci qrup əlil tutuldu (FOTO)
Bizi izləyin

Qırmızı.az

Narkotik satan 1-ci qrup əlil tutuldu (FOTO)

Narkotik satan 1-ci qrup əlil tutuldu (FOTO)

Kürdəmir rayonunda narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilən birinci qrup əlil tutulub.


Kürdəmir rayon Polis Şöbəsindən AzNews.az-ın bölgə muxbirinə verilən məlumata görə, əməliyyat-axtarış tədbirlər zamanı Kürdəmir rayon sakini 41yaşlı Elşad Zərbaliyev şübhəli şəxs qismində saxlanılıb.


Onun evinə baxış keçirilən zaman 10 ədəd kibrit qutusunda narkotik maddə olan marixuana, 2 ədəd selofan torbada tiryək aşkarlanıb. Həmçinin, evdən bir ədəd “Volter” tipli tapança, 10 ədəd “Makarov” tapançasına aid mərmi və bir ədəd ov tüfəngi aşkarlanaraq götürülüb. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi acılıb.


Qeyd edək ki, Elşad Zərbalıyev əvvələr Rusiya Fedarasiyasında narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısı ilə məşğul olduguna görə, məhkumluq həyatı yaşayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm