Polis 93 yaşlı qadına atəş açdı
Bizi izləyin

Qırmızı.az

Polis 93 yaşlı qadına atəş açdı

Texas polisi 93 yaşlı Perli Qoldenə öz evində atəş açıb.

Yaşlı qadın qohumu olan kişini əlində silahla hədələdiyi üçün əraziyə polis çağırılıb.

Ərazi prokuroru bildirib ki, polis zabiti qadına əlindəki silahı atmağı əmr edib, lakin qadın buna məhəl qoymadığı üçün polis atəş açıb.

Polis qadına silahı atmaq üçün 3 dəfə xəbərdarlıq edib .Və yalnız bundan sonra polis 3 dəfə atəş açıb. Güllənin ikisi qadına dəyib. Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm