Gəncə İH tərəfindən elan olunmuş nominasiyaların qalibləri müəyyən edilib
Bizi izləyin

Qırmızı.az

Gəncə İH tərəfindən elan olunmuş nominasiyaların qalibləri müəyyən edilib

Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən elan olunmuş nominasiyaların qalibləri müəyyən edilib

Gəncə şəhərində keçirilən “Gül bayramı”nda fəal iştiraka və hazırladığı əl işinə görə fərqlənən kollektivlərin adları məlum olub. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən elan olunmuş xüsusi nominasiyalar üzrə 1-ci, 2-ci və 3-cü yerləri tutan təşkilatlara mükafatlar təqdim edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən “Gül Bayramı”nda qalib gələn idarə, müəssisə və təşkilatlar mükafatlandırıb. Birinci yerə Gəncənin məktəbəqədər təhsil müəsisələri layiq görülüb.

İkinci yerə Gəncə Dövlət Universiteti, üçüncü yerə isə Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi layiq görülüb. Bundan başqa Gəncənin təhsil, səhiyyə, mədəniyyət idarələrinə və Gəncə Dövlət Humanitar Kollecinə həvəsləndirici mükafatlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm