Qırmızı.az
"Əsgər payı" satışda
Azərbaycan ordusu üçün nəzərdə tutulmuş ərzaq məhsulları fərdi şəxslər tərəfindən satışa çıxarılır. Modern.az-ın əldə etdiyi məlumata görə, Gəncə və şəhərətrafı yerlərdə, habelə Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində əsgərlər üçün nəzərdə tutulan və satışı qadağan olunan ərzaq məhsulları satılır.
Bu xəbəri Modern.az-a əsgər yeməklərinin satışının şahidi olmuş sakinlərdən biri verib. Sakinin dediyinə görə, satışa alma cemi, pendir, balıq və bu kimi məhsullar çıxarılır. Üzərinə “Əsgər payı” sözləri yazılmış 20 qramlıq pendirin bir qutusunun pərakəndə satış qiyməti 20 qəpikdir. Xəbərlərdən belə bəlli olur ki, onun bir ədədini naməlum “hərbçi-ekspeditorlardan” 6-7 qəpikdən götürürlər.
Qaynağımız onu da əlavə etdi ki, təkcə alma cemi deyil, əsgərlər üçün nəzərdə tutulan digər məhsullar - balıq, düyü, mərci, qarabaşaq, müxtəlif çeşiddə konservlər, qatılaşdırılmış süd və s. də bu qayda ilə “realizə olunur”.
Həmin məhsulları üzərində iri, qırmızı hərflərlə “Satışı
qadağandır” yazılsa da, bunlara məhəl qoyan yoxdur.
Qeyd edək ki, analoji hallar bir neçə il əvvəl də olmuşdu. Bakı mağazalarında Azərbaycan ordusu üçün nəzərdə tutulmuş Estoniya istehsalı olan konservlərin satılması halları aşkarlanmışdı. Mətbuat bu haqda yazandan sonra müvafiq qurumlar hərəkətə keçərək bu halların qarşısını almışdı.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO