Türkiyədəki Azərbaycanlı İşadamları Birliyində önəmli görüş
Bizi izləyin

Qırmızı.az

Türkiyədəki Azərbaycanlı İşadamları Birliyində önəmli görüş

Türkiyədəki Azərbaycanlı İşadamları Birliyində önəmli görüş

Bu günlərdə ARDNŞ Türkiyə Nümayəndəliyinin direktoru, Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin sədri Kənan Məmmədov Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türk – Azərbaycan İş Şurasının sədri Cengiz Gül və Şuranın idarə heyyətinin üzvlərini qəbul edib.

Səmimi və mehriban şəraitdə keçən görüşdə qonaqlara ARDNŞ – nin fəaliyyəti haqqında ətraflı məlumat verən Kənan Məmmədov Azərbaycanın yüksək templərlə dinamik inkişaf etməsində şirkətin mühüm rol oynadığını qeyd edib, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri haqqında söz açıb.

Kənan Məmmədov öz çıxışında Azərbaycanın müstəqilliyinin tanınmasından bu günə qədər Azərbaycan – Türkiyə arasında əməkdaşlığın gözlənildiyi kimi, yalnız və yalnız yüksələn xətt üzrə inkişaf etdiyini, qardaş Türkiyənin bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, rəsmi Bakının da hər zaman bütün məsələlərdə Ankaraya dəstək verdiyini, bu gün iki dövlət arasında münasibətlərin sadəcə siyasi müstəvidə deyil, iqtisadi və mədəni müstəvidə də inkişaf etdiyini, Azərbaycan və Türkiyəni dünyanın energetika siyasətini dəyişdirə biləcək iqtisadi layihələrin də birləşdirdiyini qeyd etmişdir.

K. Məmmədov onu da vurğulamışdır ki, bugün fəxarətlə qeyd etmək yerinə düşər ki, Türkiyədə ən böyük xarici sərmayədar ARDNŞ – dir və Azərbaycanın da ən böyük xarici sərmayəsi məhz ARDNŞ tərəfindən qardaş Türkiyəyə yatırılıb. Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin bu ilin əvvəlində növbəti ümumi yığıncağının keçirildiyini, yeni tərkibdə idarə heyyətinin seçildiyini qonaqların diqqətinə çatdıran K. Məmmədov, Birliyin fəaliyyətinə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin və digər aidiyyati dövlət qurumlarının verdiyi önəm, Birliyin Azərbaycan – Türkiyə arasındakı iqtisadi əlaqələrin inkişafında oynaya biləcəyi mühüm rol barəsində danışmışdır. Görüşdə Türkiyədəki Azərbaycanlı İşadamları Birliyi ilə DEİK arasında əməkdaşlıq imkanları müzakirə edilib, fikir mübadiləsi aparılıb. Görüşün sonunda qonaqlara Azərbaycanın milli suveniri hədiyyə olunub, xatirə şəkili çəkdirilib.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm