Hərbi psixoloq orduda baş verən intiharların səbəbini AÇIQLADI
Bizi izləyin

Qırmızı.az

Hərbi psixoloq orduda baş verən intiharların səbəbini AÇIQLADI

Orduda qeyri-döyüş şəraitində baş verən ölüm hallarının qarşısını yalnız hərbi psixoloji qurum yaradıldıqdan sonra almaq mümkündür

“Təcili Azərbaycan Silahlı Qüvvələrinin psixoloji qurumu yaradılmalıdır”. Bu cür təkliflər hərbi psixoloq Azad İsazədə Publika.Az-a açıqlamasında çıxış edib.

Onun sözlərinə görə, orduda qeyri-döyüş şəraitində baş verən ölüm hallarının qarşısını yalnız hərbi psixoloji qurum yaradıldıqdan sonra almaq mümkündür. A.İsazadə deyib: “Dünyasını dəyişən son əsgərlər orduda hələ çox yeni idilər, onların psixoloji hazırlığı yox idi. Həmin əsgərlər hərbi xidmətə qədər evdə və məktəbdə çətinliklərə hazırlıq keçməyiblər. Nəticədə isə gənc əsgərlər hərbi xidmətə gələndən sonra psixoloji çətinliyə düşürlər. Hərbi qulluğadək olan hazırlığı hərbi komissarlıqlar və məktəblər etməlidir. Bu faktdır ki, indi gənc əsgərləri hərbi xidmətə hazırlayanlar keçmiş əsgərlər olur. Yəni, hər hansı bir şəxs hərbi xidmətini başa vurub qayıdandan sonra əsgərliyi hazırlaşan birinə psixoloji dərs keçir. Artıq həmin gənc əsgər hərbi xidmətə başqa cür hazırlaşır. Mən həmin keçmiş əsgərlərin yeni əsgər olacaq gənclərə müsbət nə isə danışmasına da inanmıram. Bütün bunlar isə hərbi xidmətdə olan əsgərlərin müxtəlif problemlərlə qarşılaşmasına gətirib çıxarır”.

Xatırladaq ki, 2014-cü ilin ilk 20 günü ərzində Azərbaycan ordusunun 4 əsgəri intihar etməklə həyatına son qoyub. Yenicə hərbi xidmətə çağırılan iki əsgər isə (Rəvan Əlizadə və Nicat Nəcəfov) bir neçə gün əvvəl Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. İntihara cəhd edən hər iki əsgər Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsinə yerləşdiriliblər.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, baş verən hadisələrin ilkin araşdırması göstərir ki, əksər hallarda bu cür hərəkətləri adaptasiya dövründə, mənəvi-psixoloji və fiziki cəhətdən hərbi xidmətə tam hazır olmayan, hərbi xidmətin çətinliklərinə dözməyən gənclər törədir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm